Misir millisinin baş məşqçisinin həyat yoldaşları dava etdi - VIDEO

Misir millisinin baş məşqçisinin həyat yoldaşları dava etdi - VIDEO
17:30

Misir futbol millisinin baş məşqçisi Hossam Həsən həyat yoldaşları arasındakı davanı ayırarkən huşunu itirib və xəstəxanaya çatdırılıb.

News365.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

“İki qadın arasında başlayan qızğın mübahisə qısa müddətdə təhqirlərə və fiziki qarşıdurmaya çevrilib. Davanı ayırmağa çalışan, yaxınlarda 60 yaşı tamam olan Hossam Həsən özünü pis hiss edib və huşunu itirib”, deyə məlumatda qeyd edilir.

Hadisə Misirin Şimali Sahil bölgəsindəki böyük otellərdən birində yerləşən məşhur kafedə baş verib. Həsənin iki həyat yoldaşı arasında ciddi mübahisə baş verib. Mübahisə əlbəyaxa davaya çevrilib, hadisə məkandakı insanlar arasında təşviş yaradıb və bəzi şəxslər müdaxilə etmək və vəziyyətə nəzarət etmək üçün polis çağırıb.

Qeyd edək ki, Huveyda əl-Qərbavini Hossam Həsəndən boşanıb. Qadın bu günlərdə verdiyi açıqlamada bildirib ki, keçmiş həyat yoldaşı ilə 30 il davam edən evliliyinə hörmət etdiyi üçün susmağa üstünlük verib. Onun sözlərinə görə, bu münasibətlər qarşılıqlı mərhəmət və məhəbbətlə müşayiət olunub. O, həmçinin övladlarının hisslərini nəzərə aldığını və Hossam Həsənin həmişə onların atası olaraq qalacağını vurğulayıb.

Huveyda əl-Qərbavi misirli aparıcı Yasmin əl-Xətibə göndərdiyi mesajda son 10 il ərzində ailəsini qoruyub saxlamaq üçün gücünü aşan bir çox çətinliyə dözdüyünü bildirib: "Evin sirləri onun daxilində qalacaq və boşanmadan sonra belə çölə çıxmayacaq".

Əl-Qərbavi həmçinin Hossam Həsənin “övladlarının qarşısında imicinin sarsılmasına” imkan verməyəcəyini vurğulayıb və ona göstərilən sevgiyə görə ictimaiyyətə təşəkkür edib.

Bu açıqlama Misir millisinin baş məşqçisinin ötən həftə qəti boşanma qərarı verməsindən sonra səslənib. İkinci həyat yoldaşı Dina Mustafanın vəkili Məhəmməd Şəms Hossam Həsənin birinci həyat yoldaşından rəsmi şəkildə boşandığını açıqlayıb. Bununla da uzun illər davam edən və Ayə, Ruə və Ömər adlı üç övladla nəticələnən nikah başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada