Bakıda dostunu vuran gənclə bağlı qərar açıqlandı

Bakıda dostunu vuran gənclə bağlı qərar açıqlandı
16:50

Bakının Sabunçu rayonunda 18 yaşlı oğlan dostuna xəsarət yetirib.

News365.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində baş verib.

Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Əhməd qonşuluqda yaşayan tanışı və dostu İlqar ilə mübahisə edib.

Bu zaman İlqarın onunla kobud danışması səbəbindən aralarında mübahisə yaranıb. Əhməd qəsdən yumruqla İlqarın üz nahiyəsindən bir dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışdığı məlum olub. Zərərçəkmiş məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata xitam verilib./// demokrat.az


Sizin reklam burada
Sizin reklam burada