Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Binəqədi rayonunda köhnə tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb edilib.
Qərargah rəisi bildirib ki, 1000 kv metr tikilinin 400 kv metri yanıb, o cümlədən yanğının tikilinin qalan sahəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısın alınıb:
“Bəzi nöqtələrdə tüstüləmələr müşahidə olunsa da, yanğın söndürülüb. Vətəndaşlardan xəsarət alan olmasa da, iki əməkdaşımız yüngül xəsarət alıb. Dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırılıdıqdan sonra məlum olacaq”.
***
Bakıda istifadə edilməyən köhnə tikilidə baş verən yanğın söndürülüb.
News365.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.
***
Paytaxtın Nəsimi rayonunda tikili yanır.
News365.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Nəsimi metrostansiyasının yaxınlığında qeydə alınıb.
Tikilidə uzun müddətdir yaşayış olmadığı, anbar kimi istifadə olunduğu deyilir.