İrəvan Moskvaya maliyyə qapılarını bağlayır

İrəvan Moskvaya maliyyə qapılarını bağlayır
14:50

Ermənistan banklarına Rusiyaya qarşı sanksiyaları aşaraq, ödənişləri bloklamağı tapşırıb.

News365.az “armenews.com”a istinadən xəbər verir ki, banklar yalnız müştərinin sanksiya siyahısında olub-olmadığını yoxlamayacaq, həm də kapital və gəlir mənbələrini, mülkiyyət strukturlarını və pul axınını araşdıracaqlar.

Ermənistan kredit təşkilatları artıq Rusiya vətəndaşları üçün hesab açmaqdan imtina etməyə və bəzi hesabları "daxili uyğunluq tələbləri"ndən başqa heç bir izahat vermədən bağlamağa başlayıblar. Çünki ruslar 2022-ci ilin iyul ayında, işğaldan sonra Rusiyadan ilk köç dalğası zamanı Ermənistan banklarında 70 mindən çox hesab açıblar.

Mətndə qeyd olunur ki, mövqelərin bu qədər sərtləşməsi  İrəvanın Moskvadan uzaqlaşmasının siyasi reallığa çevrilməsi ilə əlaqədardır. May ayında keçirilən “İRİ” sorğusu göstərib ki, ermənilərin 75%-i Avropa İttifaqına üzvlüyü dəstəkləyir.


Sizin reklam burada
Sizin reklam burada