Ukrayna Moskvaya 620-dən çox dronla hücum edib

Ukrayna Moskvaya 620-dən çox dronla hücum edib
18:20

Ukrayna ötən gecə Moskva və ətrafına 620-dən çox dron göndərib. 

News365.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, onlardan 180-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hücum nəticəsində Moskva vilayətində üç nəfərin yaralandığı bildirilir. Həmçinin “Wildberries” şirkətinə məxsus logistika anbarına zərər dəyib və ərazidə yanğın baş verib.

Şirkət kompleksə dəyən zərərin cüzi olduğunu açıqlayıb. 



Sizin reklam burada
Sizin reklam burada