Putinin köməkçisinin oğlu öldü

Putinin köməkçisinin oğlu öldü
30 İyn 2024 20:05

Moskva Dövlət Universitetinin Hüquq fakültəsi Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Kalimulinin oğlunun vəfat etdiyini açıqlayıb.

Bu barədə fakültənin saytında məlumat verilir.

“Moskva Dövlət Universitetinin Hüquq fakültəsi təəssüflə bildirir ki, iyunun 29-da bakalavr pilləsinin 1-ci kurs tələbəsi (119-cu qrup) Aleksandr Dmitriyeviç Kalimulin vəfat edib”, – məlumatda deyilir.

Aleksandr Kalimulinin ölüm səbəbi bilinmir.

Onunla vida mərasiminin iyulun 3-də keçiriləcəyi qeyd olunub.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər