Netanyahuya qarşı yəhudi - ərəb ittifaqı yarana bilər

Netanyahuya qarşı yəhudi - ərəb ittifaqı yarana bilər
14:56

İsrail müxalifətinin liderləri ərəb partiyalarının dəstəyi ilə hökumət qurmağa çağırıblar.

News365.az xəbər verir ki, “Demokratlar” partiyasının lideri Yair Qolan və ərəblərin Birləşmiş Siyahısının sədri Yusif Cabarin Benyamin Netanyahu hökumətini dəyişmək üçün əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Netanyahu uduzub. Mən 120-yə qədər saymağı bacarıram. 65, 55-dən böyükdür. İsrail demokratiyası belə işləyir”, – Qolan X sosial şəbəkəsində yazıb.

O, müxalifəti İsrailin ərəb vətəndaşları ilə əməkdaşlıqdan çəkinməməyə çağırıb.

Cabarin isə “Channel 13” telekanalına açıqlamasında bildirib ki, hazırkı hökumətə alternativ təklif edən istənilən siyasi qüvvə onun fraksiyası ilə danışıqlar aparmalıdır. O, “Ynet”ə müsahibəsində partiyasının siyasi təsirindən Netanyahu hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edəcəyini deyib.

İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, bülletenlərin 76,8 faizi hesablandıqdan sonra Netanyahu bloku 54, Qadi Eyzenkotun bloku 47, ərəb partiyaları isə 19 mandat qazanır.

Qeyd edək ki, 120 yerlik Knessetdə çoxluq üçün 61 mandat tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada