Polşada 17-ci əsrə aid taxta kilsə yanıb

Polşada 17-ci əsrə aid taxta kilsə yanıb
16:40

Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Muzeyinin ərazisində taxtadan tikilən 17-ci əsrə aid katolik kilsəsi yanıb.

News365.az xəbər verir ki, bu barədə Polşanın Podkarpatski bölgəsinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Yanğın avqustun 16-da gecə baş verib. Hadisə yerinə 120 yanğınsöndürən cəlb olunub. Alovun qonşu binalara yayılmasının qarşısı alınıb, lakin kilsəni xilas etmək mümkün olmayıb.

Muzey nümayəndələri bildiriblər ki, kilsədəki kolleksiyanı da xilas etmək mümkün olmayıb. Kilsə bu yaxınlarda bərpa olunmuşdu. Yanğının səbəbi məlum deyil.

Bu kilsə Polşanın ən qədim kilsələrindən biri idi.


Sizin reklam burada
Sizin reklam burada