Heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığını poza bilməz

Heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığını poza bilməz
10:33

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müxtəlif müzakirələr fonunda iki ölkə arasındakı strateji tərəfdaşlığın xarici və daxili təsirlərdən qorunmasının vacibliyi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, münasibətlərə dair ayrı-ayrı hadisələrin fərqli istiqamətlərdə təqdim olunması cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilər.

Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərini gərginləşdirməyə çalışan qüvvələrin olduğunu bildirib.

O qeyd edib ki, bu istiqamətdə müxtəlif informasiya və agentura şəbəkələrindən istifadə oluna bilər:

“Məsələ ondadır ki, öz agentura şəbəkəsini qurub. Bizim içimizdə də Azərbaycanın öz destruktiv qüvvələri vardır ki, Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmağa çalışırlar. Niyə Mitaliya onun BMT-dəki çıxışı zamanı bizim bir nümayəndəmiz orada qalıb? Niyə bunu qabardırlar? Türkiyə ilə Azərbaycanın münasibətlərini İsrail üzərindən müzakirəyə çıxarmaq nəyə xidmət edir? Bütün bunlar destruktiv qüvvələrdir və onlar hər zaman fəaliyyət göstərəcəklər”.

Politoloq Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yalnız dövlət maraqları ilə məhdudlaşmadığını, iki xalq arasındakı tarixi və mənəvi bağların bu əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb:

“Biz onu sevirik ki, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərini, müttəfiqlik münasibətlərini pozmağa çalışan qüvvələrin kökü getsin. Bizi birləşdirən dövlət maraqları, milli maraqlardan öncə bizim doğmalığımızdır, bizim qardaşlığımızdır. Əgər biz eyni babanın, eyni ananın övladlarıyıqsa, bunu heç bir qüvvə poza bilməz”.

Mehman İsmayılov Türkiyənin tarixən yəhudilərə münasibəti məsələsinə də toxunaraq bildirib ki, bu istiqamətdə tarixi faktlar mövcuddur.

“Dünya yəhudiliyinin erməni kəsəsi bizim Türkiyə ilə İsrailin münasibətlərinin yaxşı olmasını istəmir. Burada türklər, əslində, Anadolu türkləri bizim qardaşlarımız, dünya yəhudiliyinin ən çox qorumuşlarıdır. Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində bununla bağlı minlərlə fakt vardır. İkinci Dünya müharibəsində nasist Almaniyasının öldürücü, məhvedici maşınından yüz minlərlə yəhudini Türkiyə xilas edib”.

Politoloq hazırda Türkiyə ilə İsrail arasında siyasi fikir ayrılıqlarının mövcud olduğunu da diqqətə çatdırıb:

“Amma indi Netanyahu hakimiyyəti, onun hökuməti ilə Türkiyənin siyasi hakimiyyəti arasında narazılıq yaranıb. Türkiyə haqlı olaraq Fələstin dövlətinin varlığını dəstəkləyir. Türkiyə Fələstində baş verən proseslərlə bağlı öz mövqeyini ortaya qoyur”.

İsmayılov sonda tarixi hadisələrə də toxunaraq, Birinci Dünya müharibəsi dövründə Türkiyəyə qarşı ciddi cinayətlərin törədildiyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada