Polis 30 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb

Polis 30 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
06 Sen 2025 20:12

Ötən gün polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitələrin miqdarı açıqlanıb.

Daxili İşlər Nazirliyindən News365.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də ümumi çəkisi 29,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tondan artıq çəkidə 903 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada