"Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir"- ADY

"Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir"- ADY
27 Fev 2025 10:38

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Bu barədə News365.az ADY-yə istinadən xəbər verir.

Bildirilir ki, platformalar, piyada keçidi və körpülər qardan təmizlənir. Həmçinin sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

“Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik”, - deyə məlumatda deyilir.



Sizin reklam burada
Sizin reklam burada