PKK Öcalanı eşidəcəkmi?- Tural İrfan yazır

PKK Öcalanı eşidəcəkmi?- Tural İrfan yazır
28 Fev 2025 09:16
PKK lideri Abdullah Öcalan bu gün gözlənilən çıxışını edərək təşkilat üzvlərinə müraciət edib. Onun müraciəti 4 dildə dünyaya çatdırılıb. Müraciətində təşkilatın qurultay çağırıb özünü buraxmasının və silahı yerə qoymanın vacibliyi vurğulanıb:
"Bütün qruplar tərksilah edilməli və PKK dağılmalıdır. Mən silahı yerə qoymağa çağırış edirəm və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm.
1990-cı illərdə real sosializmin daxili faktorlar üzündən süqutu, ölkədə kimlik inkarının aradan qaldırılması və ifadə azadlığındakı irəliləyişlər PKK-nın mənasını itirməsinə və həddindən artıq təkrarlanmasına səbəb oldu. Kürd-türk birliyi və qardaşlığı ruhunu yenidən qurun. Həll yolu tarixi sosial dinamikadadır.
PKK tərksilah etmək üçün öz qurultayını keçirməlidir. Kürdlər və türklər çoxəsrlik müttəfiqlikləri əsasında birgə çalışmalıdırlar.
Qurultayınızı keçirin, dövlət və cəmiyyətlə inteqrasiya qərarını verin - bütün qruplar tərksilah olmalı, PKK isə özünü dağıtmalıdır."
Bəs, PKK Öcalanı eşidəcəkmi?
Bunu artıq zaman göstərəcək.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada