"Antibiotik soyuqdəymə, qızdırma, öskürək, burun tıxanıqlığı dərmanı deyil" - Həkimdən ÇAĞIRIŞ

"Antibiotik soyuqdəymə, qızdırma, öskürək, burun tıxanıqlığı dərmanı deyil" - Həkimdən ÇAĞIRIŞ
27 Fev 2025 09:36

Havaların qarlı-şaxtalı keçməsi insanlar arasında müəyyən xəstəliklərin artmasına səbəb olub. Şox təəssüf ki, bəzi insanlar xəstələndikdə həkimə getmir, özünümüalicə yolunu seçir. Bu da heç də hər zaman özünü doğrultmur.

Mövzu ilə bağlı News365.az-a danəşan həkim Vaqif Qarayev deyib ki, özünü müəalicə risklidir:

“Təsadüfi deyil ki, bu günlərdə özünə antibiotik vuran bir qadın ölüb. Bu ilk hadisə deyil, təki sonuncu olsun. Antibiotik soyuqdəymə, qızdırma, öskürək, burun tıxanıqlığı dərmanı deyil! Özbaşına istifadə etməyin! Onu yalnız həkim təyin edəcək! Bu məsələdə aptek satıcılarının da günahı az deyil. Yuxarıda sadaladığım əlamətləri eşidən kimi antibiotik təklif edirlər. Düzgün deyil”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada