Rusiyanın gerbində olan iki başlı qartalın bir başı özləri, digər başı isə Amerikadır. Hər zaman demişəm, təkrar edirəm Amerika və Rusiya ikisi də bir medalın iki üzüdür.
Zəngəzurdan Cümhuriyyət dövründə Azərbaycan ordusunun çıxarılaraq "danışıqlar" stoluna dəvət edən Amerika idi ki, nəticədə ermənilər köçürüldü ora. Sonra da Rusiya o torpaqları ermənilərə hədiyyə etdi..
20 yanvar faciəsinin baş verməsində Rusiya nə qədər günahkardırsa, hadisədən öncə Amerika senator və konqresmenləri, Rusiyadakı səfirliyinin "erməniləri" qorumaq üçün məktublarının olması bu üç hərfli dövlətidə günahkar edir.
Azərbaycanın ən ağır günündə 907-ci düzəlişi Amerika edib, Azərbaycan sərhədlərində ölkəmizə gələn ərzaq yardımlarını Rusiya çeçenlərin əli ilə əlimizdən alıb.
İndi də bu ikibaşlı, iki üzlü və iki simasız dövlətlər Ukraynanı torpaq itirmək şərti ilə məğlub sülhə məcbur edir.
Bizi də oxşar sülhə məcbur edirdilər, amma biz 30 illik təzyiqlərdən sonra Zəfər qazandıq. İnşallah, arzu edək Ukrayna bu ikibaşlılara təslim olmadan qalib ölkə olacaq.