Bura Hindistan deyil, Binə qəsəbəsidir - VİDEO

Bura Hindistan deyil, Binə qəsəbəsidir - VİDEO
24 Fev 2025 21:58

News365.az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində yolların acınacaqlı vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Qəsəbədəki əsas yollar su ilə dolub, piyadalar və sürücülər üçün hərəkət etmək mümkünsüz hala gəlib.


Əməkdaşımız Pərviz İsmayılov bildirir ki, xüsusilə məktəbə gedən uşaqlar və işə tələsən insanlar üçün yollar tamamilə keçilməz vəziyyətdədir. "Uşaqlarımız məktəbə gedə bilmir, maşınlarımız keçə bilmir. İnsanların gediş-gəlişi çox çətinləşib," – deyə yerli sakinlər vəziyyəti izah edirlər.


Müvafiq qurumlar əvvəllər qismən təmir işləri aparsalar da, sakinlər bildirir ki, bu işlər yalnız üst səthə torpaq və asfalt tökməklə məhdudlaşıb və problemi həll etməyib. "Bir az düzəltdilər, amma nəticə olmadı. Ən azından suyun çəkilməsi üçün kanalizasiya sistemi qurulsaydı, bu problemlə üzləşməzdik," – deyə şikayətlənirlər.


Hazırda yollar palçıq və su içində olduğundan, bəzi evlərə belə girmək çətinləşib. Sakinlər aidiyyəti qurumlardan problemi köklü şəkildə həll etmələrini və yolların təmir olunmasını tələb edirlər.




Sizin reklam burada
Sizin reklam burada