İran prezidenti Məsud Pezeşkian bu gün bir daha qonşu ölkələrə müraciət edib.
O, videomüraciətində bildirib:
“Biz qonşu ölkələrimizlə qardaşıq, amma İrana qarşı hər hansı bir hücuma cavab veriləcək”.
Pezeşkian qeyd edib ki, Tehran qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətləri qurmağa çalışır. Lakin o, ərazisinin İrana qarşı təcavüz üçün istifadəsinə icazə verən hər hansı bir ölkənin cavab tədbirləri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
“İran heç vaxt zülmə boyun əyməyib və boyun əyməyəcək”, – deyə o əlavə edib.
Bundan əvvəl İran prezidenti xalqa müraciətində bildirib ki, Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməsələr və ya raket atışları olmayacağını bəyan edib.
“Üzr istəməyimiz iddiasına gəldikdə isə, yalnız regiondakı əziz insanlar bu mübahisələrdən narahat olduqları üçün üzr istəyirik. Amma təbii ki, bizə öz torpaqlarından hücum edənlərə güclə cavab verəcəyik və bunu edirik.
Bu iki şey ayrıdır. Biz regiondakı ölkələrlə dostuq, onlar bizim qardaşlarımızdır. Dünən dediyim kimi, əl-ələ verib birlikdə çalışmalı və İsraillə Amerikanın bizi bir-birimizə qarşı çıxmağa vadar etməsinə imkan verməməliyik”, – İran Prezidenti vurğulayıb.