Lənkəran–Lerik avtomobil yolunun 27-ci kilometrliyində yerləşən “Təbəssüm” istirahət mərkəzinin ərazisində ağacların kəsilməsi ilə bağlı news365 az saytının sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və ağac kəsintisi faktı müəyyən edilməyib.
***
Xəbər verdiyimiz kimi Lerikdə ağacların kəsilmə hadisəsi iddia olunur.
News365.az-ın əməkdaşı Ekologiya Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxlayıb.
İradə İbrahimova bildirib ki, araşdırma aparılır. Araşdırma beş gün də, bir ay da çəkə bilər.
***
Lənkəran–Lerik avtomobil yolunun 27-ci kilometrliyində, “Təbəssüm” istirahət mərkəzinin “Meşəbəyi” istirahət mərkəzinə çatmayan ərazisində ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.
News365.az-ın məlumatına görə, istirahət mərkəzinin rəhbəri Akif Əliyev tərəfindən meşəlik ərazidə ağacların kəsilərək yerində hovuz tikintisi aparıldığı iddia olunur.
Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığı barədə hələlik məlumat verilməyib.
Məsələ ictimai müzakirələrə səbəb olub və ərazidə ekoloji qaydaların pozulması ehtimalı gündəmdədir.