"Paşinyanın vəziyyəti stabildir, amma seçkilər ərəfəsində rahat deyil"- Sabir Məmmədli

"Paşinyanın vəziyyəti stabildir, amma seçkilər ərəfəsində rahat deyil"- Sabir Məmmədli
14:15

"Paşinyanın vəziyyəti stabil görünür, amma İrəvan üçün risklər qalır".

Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsi vəziyyəti stabil görünə bilər, lakin ölkənin ümumi siyasi durumu kifayət qədər mürəkkəbdir. Məmmədli qeyd edib ki, Paşinyan ikili rol oynayır və bəzi siyasi addımlarını yalnız kənardan izləyəndə tam başa düşmək mümkündür.

Onun sözlərinə görə, Paşinyan bir müddət əvvəl ABŞ və Qərb müttəfiqləri ilə əlaqələri genişləndirməyə çalışıb və müəyyən uğurlar əldə edib. Eyni zamanda, Rusiya amili Paşinyanın imkanlarını məhdudlaşdırır və onu izolyasiya olunmuş vəziyyətə salır, çünki Ermənistanın daxili əlaqələrinin böyük hissəsi Rusiyaya bağlıdır.

Politoloq əlavə edib ki, Paşinyan ABŞ görüşmələrində ehtiyatlı davranaraq Putinlə münasibətləri qorumağa çalışır və müəyyən yumşalma prosesinə nail olmaq istəyir. Brüsseldə isə regional məsələlərin müzakirəsi zamanı o, qərb yönümlü açıqlamalarını davam etdirəcək.

Sabir Məmmədli vurğulayıb ki, yaxın gələcək parlament seçkiləri ərəfəsində Paşinyanın vəziyyəti o qədər də rahat deyil və baş nazir bunu yaxşı anlayır.


Sizin reklam burada
Sizin reklam burada