Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib
17 Apr 2024 20:26

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Bu barədə erməni mətbuatı bildirib.

"Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərimi yetirirəm.

Ermənistan Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın inkişafı üçün möhkəm əsas olan etimad və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini dərindən qiymətləndirir.

Ümidvaram ki, dövlətlərin və xalqların dinc yanaşı yaşaması və harmonik qarşılıqlı fəaliyyətinə ciddi təhlükə yarandığı bu çətin günlərdə çoxəsrlik Ermənistan-Suriya dostluq münasibətləri bundan sonra da beynəlxalq aləmdə qarşılıqlı etimad və konstruktivlik nümunəsi kimi xidmət edəcəkdir.Fürsətdən istifadə edərək, sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Suriya xalqına sülh və firavan həyat arzulayıram",- deyə o bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər