“Moldovanı Avropa İttifaqının hərbi poliqonuna çevirirlər“ - Şordan xəbərdarlıq

“Moldovanı Avropa İttifaqının hərbi poliqonuna çevirirlər“  -  Şordan xəbərdarlıq
30 Apr 2024 12:09

Moldovada fəaliyyəti qadağan edilmiş müxalifət partiyası olan "Şor"un lideri İlan Şor (Rusiyayönümlü siyasətçi kimi tanınır-red.) prezident Maya Sandunun ünvanına sərt ittihamlar səsləndirib.

O, dövlət başçısının mayın 9-da Qələbə günü deyil, Avropa Günü kimi qeyd ediləcəyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib ki,  Sandu ölkəni Avropa İttifaqının hərbi poliqonuna çevirmək istəyir.

“Avropa İttifaqı üçün Moldova hərbi təlim meydanças. Vətəndaşlarımız isə hərbi avantüraların potensial iştirakçıları sayılır. İnsanlarımızı əllərində silahla istənilən nöqtəyə ata bilərlər. Onların dünyası belədir. Həmçinin xüsusi olaraq Sandu üçün təkrar  edirəm 9 May Qələbə Günüdür!”, - o, Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Sandu “Avropa dünyası” haqqında növbəti dəfə yalan fikirlər səsləndirib. "Avropalılar isə Maya kimi prinsipsiz axmaqlardan istifadə etməkdən xoşbəxtdirlər”, - deyə müxalifətçi bildirib.

Moldova prezidenti dünən Brüsseldə keçirilən Avropa İttifaqı büdcəsinin formalaşdırılması üzrə illik konfransın açılışında çıxış edərək bildirib ki, Aİ Ukrayna və Moldova üçün “XXI əsr Marşal planı” (1947-ci ildə elan edilmiş Marşal Planı İkinci Dünya Müharibəsindən sonra Amerikanın Avropaya yardım proqramı olub-red.)hazırlamalıdır. Bu, Rusiyadan hərbi və hibrid hücumlara görə reallaşmalıdır. Sandu həmçinin vurğulayıb ki, ölkəsində mayın 9-da Qələbə deyil, Avropa Günü qeyd olunacaq. Çünki “Aİ sülh layihəsidir”.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər