Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb
17 Apr 2024 09:18

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.

Bu barədə “News365.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.


Youtube kanalımız

Oxşar xəbərlər