Qazaxda minaya düşən DSX əməkdaşının son durumu NECƏDİR?

Qazaxda minaya düşən DSX əməkdaşının  son durumu NECƏDİR?
29 Apr 2024 13:51

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

News365.az xəbər verir ki, bu barədə report.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.


Youtube kanalımız

Oxşar xəbərlər