Onkoloji xəstələr üçün ümid: Sağlam toxumaları qoruyan yeni dərman kəşf edildi

Onkoloji xəstələr üçün ümid: Sağlam toxumaları qoruyan yeni dərman kəşf edildi
12:10

Rusiyalı alimlər şüa terapiyası zamanı sağlam toxumaları qorumağa kömək edəcək yeni radioprotektiv dərman hazırlayıblar.


News365.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin məlumat verib.

Onun sözlərinə görə, yeni preparat ionlaşdırıcı şüalanmanın orqanizmə mənfi təsirini azaltmaq məqsədi ilə hazırlanıb. Dərmanın əsas məqsədi xərçəngin şüa terapiyası zamanı müalicənin effektivliyini azaltmadan sağlam toxumaları qorumaqdır.

Akademik bildirib ki, bu cür preparatlar təkcə onkologiyada deyil, həm də radiasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda preparat ekspert qiymətləndirilməsi mərhələsindədir. Buna görə də onun tibbi praktikada geniş tətbiqi barədə danışmaq hələ tezdir. Bununla belə, ilkin nəticələr preparatın perspektivli olduğunu göstərir.

Qeyd edək ki, daha əvvəl Yaponiya alimləri insanlarda yeni dişlərin çıxmasına imkan yarada biləcək preparat üzərində apardıqları klinik sınaqların ilk mərhələsinin uğurla başa çatdığını açıqlamışdılar. Layihə müəllifləri dərmanın 2030-cu ilədək istifadəyə verilməsini planlaşdırırlar.


Sizin reklam burada
Sizin reklam burada