İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu

İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
18 Avq 2026 23:40

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib.

News365.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb.

Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada