Astronomik hadisələrin – xüsusilə Ay tutulması, meteor yağışları və planetlərin ardıcıl düzülüşünün eyni dövrə təsadüf etməsi zaman-zaman cəmiyyətdə müxtəlif narahatlıqlara və fərziyyələrə yol açır. Lakin elm dünyası bu cür səma tərəddüdlərinin nəinki qorxulu, əksinə, kainatın özünəməxsus təbii ritminin bir hissəsi olduğunu vurğulayır.
Ekoloq Qorxmaz İbrahimli mövzu ilə bağlı News365.az-a mühüm məqamlara diqqət çəkərək bildiri ki, bu cür təbiət hadisələrini fəlakət xəbərçisi kimi qələmə vermək elmi baxımdan tamamilə əsassızdır:
Təbii fəlakətlərlə əlaqəsi yoxdur: Günəş və Ay tutulmalarının zəlzələ, vulkan püskürməsi və ya başqa kataklizmlərə təkan verməsi iddiaları daha çox mifoloji yanaşmadır. Astronomik hadisələr zamanı zəlzələlərin baş verməsi sadəcə təsadüf xarakteri daşıyır.
Ay tutulması zərərsizdir: Tutulma zamanı Ay sadəcə Yerin kölgəsindən keçir və vizual olaraq forması dəyişir. Bu prosesin Yer kürəsinə hər hansı dağıdıcı təsiri yoxdur.
Meteorlar davamlı prosesdir: Meteorlar daim atmosferə daxil olur və böyük hissəsi havada yanaraq məhv olur. Ciddi təhlükə yarada biləcək obyektlər isə NASA və digər beynəlxalq kosmik mərkəzlər tərəfindən addım-addım izlənilir.
Xalq arasında mif və inanclar: Qədimdən tutulmalar zamanı mis qabları bir-birinə vurmaq kimi adətlər mövcud olub. Lakin bu inanclar sadəcə folklor nümunəsidir və real elmi əsası yoxdur.
Avqustun 28-də baş verəcək və Azərbaycanda 32 dəqiqə ərzində izlənilə biləcək Ay tutulması da sadəcə növbəti vizual səma mənzərəsidir. Narahatlığa heç bir əsas yoxdur.ar