Azərbaycan
hökuməti İKT (İT) sektorunu prioritet elan edib, doğrudan da, bu sahəyə ciddi
vergi güzəştləri var, qurumlar dəstək göstərməyə çalışır. Amma, ölkədə iqtisadi
və hüquqi sistemin işləmə qaydaları, ayarları yanlış olduğu üçün bu sahədə də
ciddi nailiyyətlər görmürük.
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyir ki, ölkədə qeydiyyatda olan 150–160 aktiv startap mövcuddur:
“Azərbaycanın
startap ekosisteminin ümumi dəyəri, təxminən, 590 milyon dollar civarında qiymətləndirilir.
Startapların
maliyyələşməsi hələ ki, çox kiçik miqyasdadır. Keçən il 22 yerli startap cəmi
2.62 milyon dollar investisiya cəlb edə bilib.
Ölkədə aktiv
fəaliyyət göstərən 3 əsas vençur fondu var: Caucasus Ventures, INMerge Ventures
və Tumar Ventures. Onların ümumi kapitalı təxminən 11 milyon dollar təşkil
edir.
Bu il,
2026-cı ildə İKT sektoruna qoyulan investisiyaların ümumi həcmi isə cəmi 175
mln. dollar olub.
Dost
Qazaxıstanda bir startap var – “Higgsfield”, süni intellekt əsasında video
yaratma platformasıdır. Təsisçilərdən biri gənc İT mütəxəssisi Aleks
Maşrabovdur.
Startap ötən
həftə yeni investisiya raundunda 400 milyon dollar cəlb edib. Bu gün
“Higgsfield” startapının bazar dəyəri 5,4 milyard dollara çatıb. Hə, onu da
deyim ki, “Higgsfield” startapı, şirkəti cəmi 1,5 il öncə təsis edilib”.
News365.az