Gündə 1 stəkan şəkərli içki içənlərə XƏBƏRDARLIQ: Ağır xəstəliyə səbəb ola bilər

Gündə 1 stəkan şəkərli içki içənlərə XƏBƏRDARLIQ: Ağır xəstəliyə səbəb ola bilər
11:20

Şəkərli içkilərin piylənmə, diabet və ürək-damar xəstəliklərinə yol açması hər kəsə məlumdur, lakin alimlər bu siyahıya daha ağır bir xəstəliyi əlavə ediblər. ABŞ-də aparılan hərtərəfli araşdırma şirin qazlı içkilər, süni meyvə şirələri və idman içkilərinin mədə xərçənginə tutulma riskini kəskin şəkildə artırdığını üzə çıxarıb.

“Gastro Hep Advances” jurnalında nəşr olunan araşdırmanın əsas elmi tapıntıları:

  • Xərçəng riski 2,5 dəfəyə yaxın artır: Gün ərzində ən azı bir porsiya (təxminən 237 ml) şəkərli içki qəbul edənlərdə mədə xərçənginə tutulma ehtimalı belə içkilərdən imtina edənlərlə müqayisədə 2,45 dəfə yüksəkdir.

  • Qadınlarda təhlükə daha böyükdür: Müntəzəm şəkərli içki istifadəsi xərçəng riskini kişilərdə 2 dəfə, qadınlarda isə təxminən 3 dəfə artırır.

  • Süni şirinləşdiricilərdə bu risk tapılmayıb: Diyeik və ya süni şirinləşdirici tərkibli içkilərlə mədə xərçəngi arasında hər hansı birbaşa əlaqə aşkar edilməyib.

  • 36 illik müşahidənin nəticələri: Massaçusets Ümumi Xəstəxanasının qastroenteroloqu Endryu T. Çanın rəhbərlik etdiyi tədqiqatda 1986–2022-ci illər arasında 112 mindən çox iştirakçının sağlamlıq göstəriciləri təhlil olunub.

Xəstəliyi tetikleyen ehtimal olunan səbəblər

Alimlər şəkərli içkilərin birbaşa xərçəng törətdiyini tam sübut etməsələr də, aradakı güclü əlaqənin bir neçə biolji mexanizmlə bağlı ola biləcəyini bildirirlər:

  1. Aşırı çəki artımı və piylənmə

  2. İnsulin müqavimətinin yaranması və xroniki iltihablanma

  3. Bağırsaq mikrobiotasının və hormon balansının pozulması

  4. Hüceyrə səviyyəsində DNT zədələnmələri

Gündəlik rasionda şəkərli içkiləri su və ya təbii bitki çayları ilə əvəz etmək mədə-bağırsaq sistemini bu böyük riskdən qorumağın en effektiv yoludur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada