"Ölkəmiz Küveyt turistləri üçün cəlbedici məkan olaraq qalır"- Azərbaycan səfiri

"Ölkəmiz Küveyt turistləri üçün cəlbedici məkan olaraq qalır"- Azərbaycan səfiri
26 Mar 2025 16:28

Azərbaycan Küveyt turistləri üçün birbaşa uçuş imkanları, geniş infrastrukturu və zəngin mədəni irsi ilə cəlbedici məkan olaraq qalır.

News365.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov yerli mətbuata açıqlamasında bildirib.

"Azərbaycan küveytli turistləri məmnuniyyətlə qarşılayır və onların rahat istirahəti üçün bütün şərait mövcuddur", - deyə o qeyd edib.

Səfir turistlərə Bakının tarixi məkanlarından tutmuş ölkənin müxtəlif şəhərlərindəki turistik obyektlərə qədər geniş imkanlar təqdim edildiyini vurğulayıb, Azərbaycan-Küveyt münasibətlərinin strateji xarakter daşıdığını və bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib: "İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf müşahidə olunur. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib."

2024-cü ildə Azərbaycana 31 369 min Küveyt vətəndaşı səfər edib. Bu rəqəmin 97 %-i turizm məqsədli olub.


Sizin reklam burada
Sizin reklam burada