DİQQƏT! Bu gecə saatlar irəli çəkilir

DİQQƏT! Bu gecə saatlar irəli çəkilir
29 Mar 2025 14:35

Mövsümi vaxtın irəli və geri çəkilməsinin ideya müəllifi 100 dollarlıq əsginasda şəkli olan məşhur Amerika siyasətçisi, alim, folosof Benjamin Franklin olduğu bildirilir. O bir vaxtlar günəşin hələ də yüksəkdə olduğunu və insanların daha bir saat işıqlı havada işləyə biləcəyini qeyd edib.

Bunun üçün isə saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yaranıb.

News365.az xəbər verir ki, ilk dəfə saatın əqrəbləri Birinci Dünya Müharibəsi zamanı Almaniyada çəkilib.

1916-cı il aprelin 30-da də əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilib. Tezliklə Böyük Britaniya da eyni şeyi edib və 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək üçün vaxt zonalarına bölünmə və müharibə zamanı yay vaxtından istifadəni tətbiq edib. Daha bir müddət sonra, 1966-cı ildə Birləşmiş Ştatlar sülh dövründə ilk dəfə yay vaxtına keçid tətbiq edib.

Bir çox ölkə mövsümi vaxt tətbiq edib, lakin indi 60 ölkə bundan artıq imtina edib. Hələ ki Avropa payız və yaz aylarında saatın əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur.

Bu gecə dünyanın bir sıra ölkələri yay vaxtına keçir. Belə ki, yay vaxtına keçd 2025-ci ilin martın 29-da, şənbə günündən bazar gününə keçən gecə - 30 mart bazar günü səhər saat 4:00-da baş tutacaq. Həmin andan sonra saat əqrəbləri bir saat irəli çəkiləcək.

Yay vaxtına niyə keçilir?

Bu və digər ölkələr yay və qış vaxtına keçidin müsbət iqtisadi effekt verdiyini düşünürlər. Hazırda bu qaydanın tətbiq olunduğu 100-dən artıq ölkədə elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunduğunu düşünürlər. Beləliklə dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir.

Hansı ölkələr saatlarını yay vaxtına keçirlər?

2025-ci ildə Avropa və Şimali Amerikanın əksər hissəsi, eləcə də Afrika, Asiya, Cənubi Amerika və Okeaniyanın bir hissəsi yay vaxtına keçəcək. Xüsusilə, Avropa İttifaqı ölkələri- Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və sair dövlətlərdə saat əqrəbləri bir saat irəli çəkiləcək. Həmçinin Arizona, Havay ştatları istisna olunmaqla bütün ABŞ ərazilərində.

Bundan başqa Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya (qismən), Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, İsrail, Yeni Zelandiya, Çili, Misir, Livan, Avstraliya (qismən) da yay rejiminə keçir.

Daha hansı ölkələr saatlarını dəyişmir:

Argentina

Türkiyə

Qazaxıstan

İran

Gürcüstan

Rusiya

Belarus

Braziliya

Kolumbiya

Venesuela

Peru

Ekvador

Panama

Çin

Yaponiya

Hindistan

İndoneziya

Malayziya

Filippin

Sinqapur

Cənubi Koreya

Tayland

Vyetnam

Cənubi Afrika

Nigeriya

Keniya

Əlcəzair

Tunis

Fici

Samoa

Papua Yeni Qvineya

Bəs, Azərbaycan niyə yay rejiminə keçmir?

Azərbaycanda Yay vaxtına keçid 1997-ci ildən 2016-cı ilədək Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilib. Həmin Qərara görə 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilir. Eləcə də hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunur. Bununla da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir.

Yay və qış rejiminə keçidin fəsadları

Araşdırmalara görə, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Alimlər hesab edir ki, qışdan sonra insan orqanizmi zəiflədiyindən hansısa bir xəstəliyə qarşı mübarizə immuniteti çox zəif olur. Ona görə də saatlara müdaxilə edilməsi yolverilməzdir.

Əqrəblərin irəli-geri çəkilməsi infarkt, intihar hallarının sayının artmasına səbəb olur. İnsanların əmək qabiliyyətində də azalma müşahidə edilir. Yuxusuzluq, halsızlıq, psixoloji pozğunluq və s. kimi hallar insanların gündəlik işinə mənfi təsir edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişməsi hər 5 insandan birinin səhhətində problemlər yaradır. Alimlər qeyd edir ki, insan orqanizminin öz “bioloji saat”ı var və yay vaxtına keçidlə əlaqədar bioloji saatımızın iş rejimi pozulur. Bu pozulma nəticəsində isə vahid, tam halda olan orqanizmimizdə müəyyən xəstəliklər, problemlər yaranır. İnsanda təzyiq qalxır, yuxu rejimi pozulur, ürək-damar xəstəlikləri yaranır, immun sistem zəifləyir, maddələr mübadiləsi pozulur. Yay vaxtına keçid hətta qadınlarda hormonal dəyişikliklərin yaranmasına da səbəb olur və nəticədə qarınların uşaq dünyaya gətirmə qabiliyyətini zəiflədir.

Saat əqrəblərinin irəli-geri çəkilməsinin mənfi təsirlərini psixoloqlar da qeyd edir. Onlar deyir ki, saatların çəkilməsi insanlara fizioloji cəhətdən mənfi təsir etdiyi kimi həm də psixoloji cəhətdən mənfi təsir edir. Əsəb, stress və s. kimi psixoloji problemlər yaradır. Psixoloqların fikrincə, insanın yeni dövrə uyğunlaşıb əvvəlki aktivliyini və fəallığını bərpa etməsi üçün ən azı iki həftə vaxt tələb olunur. Təbii ki, burda söhbət psixoloji durumu yerində olan insandan gedir. Psixoloji durumu yerində olmayan insanların adaptasiyası daha uzun çəkir.


Sizin reklam burada
Sizin reklam burada