"ABŞ-ın Ukraynaya göstərdiyi bütün yardımları Ukrayna geri qaytaracaq"- Politoloqdan şərh

"ABŞ-ın Ukraynaya göstərdiyi bütün yardımları Ukrayna geri qaytaracaq"- Politoloqdan şərh
29 Mar 2025 15:50

"Bu tamamilə qeyri-real bir məsələdir. Bu, Rusiya təbliğatıdır, yəni “Rusiya təbliğatı” dedikdə yalnız Rusiyanın federal kanallarını, təbliğatçılarını, teleqram kanallarını və informasiya istehsal edən mənbələrini nəzərdə tuturam. Mən Rusiyanın maliyyələşdirdiyi bir çox məqaləni oxudum ki, bunlar daha çox Rusiya təbliğatına çevrilib."

Politoloq Elçin Alıoğlu bu sözləri News365.az-a deyib. 

"Əvvəlcə gəlin Ukraynanın təbii ehtiyatlarına nəzər salaq. Əvvəlcə, 1928-ci ildə Zelenski ilə Oval kabinetdə keçirilən görüşdə, Trampın məqsədi sadəcə nadir torpaq elementlərinə nəzarəti ələ keçirmək idi. Lakin sonradan ABŞ-ın metodu dəyişdi. Hazırda Ukrayna ilə ABŞ arasında Ukraynanın təkcə nadir torpaq elementləri deyil, bütün təbii ehtiyatları və infrastrukturu ilə bağlı mübarizə gedir. Bu mübarizə yaxın günlərdə razılaşma ilə yekunlaşacaq. Bu, Ukraynanın taktiki olaraq istifadə olunması deməkdir.

Müqavilə nəyə xidmət edir?

Ukraynanın təbii ehtiyatlarının hasilatı, emalı, idarə olunması və satışı ilə bağlı bir çox fond yaradılacaq. “Dissingen” adlı bir fond var. Bu fonda Ukrayna rəsmi olaraq heç bir müdaxilə edə bilməyəcək. ABŞ-ın Ukraynaya göstərdiyi bütün yardımlar isə tam şəkildə Ukrayna tərəfindən geri qaytarılmalıdır."


Sizin reklam burada
Sizin reklam burada