XTQ Kurskdan mülki geyimdə qaçır? -İDDİA

XTQ Kurskdan mülki geyimdə qaçır? -İDDİA
29 Mar 2025 13:55

Ukraynalı xüsusi təyinatlılar Rusiyanın Kursk vilayətindən qaçarkən mülki şəxslərdən oğurlanmış paltarları geyinirlər. Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar "Şimal" qoşunları qrupunun zabitinə istinad ediblər.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri zirehli jaketlərinin üstündən mülki geyim geyinirlər.

“22-ci motoatıcı alayın hücum qoşunları hər şeyə baxmayaraq, irəliləməyə və Kursk bölgəsini azad etməyə davam edir. Hazırda Quevoda təmizləmə işləri gedir”, - deyə hərbçi qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada