"Azərbaycan da Avropa Missiyasını izləyir"- deputat

"Azərbaycan da Avropa Missiyasını izləyir"- deputat
29 Mar 2025 15:32

"Aİ Misiya­sının məqsədi bəllidir. Misiya, Azərbaycan və Ermənistan sərhədində fasiləsiz fəaliyyətlə məşğuldur. Onların son zamanlardakı aktivləşməsinin əsas məqsədi, ilk növbədə, oraya göndərdikləri əməkdaşlarının maaşlarını doğrultmaqdır. Maşallah, yüksək səviyyədə. Onlar göstərmək istəyirlər ki, öz rəhbərlərinə sübut etsinlər ki, heç də boş yerə işləmirlər.

Bunu News365.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Əslində bu, ritorik sualdır: Nə axtarırlar, nəyə baxırlar? Bir sakitlik var. Hər iki tərəfin sərhədçiləri var. Və bu müşahidəçilər gəlib durub binoklla Azərbaycan sərhədinə baxırlar. Cənab Prezident də burada çox məntiqli bir şey demişdi: “Nəyə baxmaq istəyirlər, nə görmək istəyirlər?”

Amma təbii ki, rəsmi Bakı, Azərbaycan da onları izləyir. Biz hər dəfə onların bu gəlişlərini, müşahidələrini izləyirik. Bu misiyanın tərkibinə baxsaq – mən uzun müddət araşdırmağa çalışdım – onların heyətində olan şəxslər haqqında heç bir məlumat verilmir.

Biz bilirik ki, bunlar keçmiş zabitlər, təqaüdə çıxmış hərbçilər, təhlükəsizlik mütəxəssisləridir. Digər dövlətlərin xüsusi xidmət orqanlarının agentləridir. Onları toplayaraq Ermənistana göndərməklə Avropa İttifaqı, ilk növbədə, Cənubi Qafqazda Ermənistan tərəfini dəstəklədiyini göstərməyə çalışır.

Bu, eyni zamanda Rusiyaya da bir mesajdır. Amma təkcə Rusiyaya? Xeyr, təkcə Rusiyaya yox. Birinci olaraq, siz xatırlayırsınız ki, Avropa İttifaqı bu missiya ilə bağlı müzakirələr apararaq Azərbaycanı diqqətdən kənar qoymuşdu. O dövrdə Bayden hakimiyyəti də bu missiyanı açıq şəkildə dəstəkləyirdi."


Sizin reklam burada
Sizin reklam burada