“Elə sənət dostlarımız var ki, xalq, əməkdar artistidir, amma evdə acından ölürlər. Ad çəkməyəcəyəm, amma kim gündəmdədir, tələbatlıdır, ona ilişirlər”.
Bu sözləri müğənni Kərim Abbasov “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bəzi xalq və əməkdar artistlərinin məclislərə dəvət olunmadığını bildirib:
“Sənin sənətin varsa və tələbat yoxdursa, problem səndədir.
Musiqi ruhun qidasıdır, pis musiqi yoxdur. Ola bilər sənin oxuduğun musiqi tərzini bəyənmirəm. Sən necə Şəbnəmin, Vəfanın (müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova - red.) oxuduğuna pis deyə bilərsən? Bu gün onları dəvət edib, sən xalq artistini çağırmırlarsa, problem sənin özündə, səsinin rəngindədir, xasiyyətində və seçdiyin mahnıdadır.
Bütün günü oturub estradaya qulaq asa bilmərəm. Ən uzağı yarım saat qulaq asaram, toya gedirəm, milli musiqilərimi oynamaq istəyirəm”.