Mask Azərbaycanla bağlı paylaşım etdi - FOTO

Mask Azərbaycanla bağlı paylaşım etdi - FOTO
29 Mar 2025 14:24

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

News365.az xəbər verir ki, amerikalı milyarder, "Space X"in sahibi İlon Mask bununla bağlı "X" hesabında paylaşım edib.

"Starlink" indi Azərbaycandadır" - deyə, Mask yazıb.

Qeyd edək ki, "Starlink" İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları "SpaceX" raketləri ilə həyata keçirilir.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.



Sizin reklam burada
Sizin reklam burada