Myanmada daha bir ZƏLZƏLƏ oldu

Myanmada daha bir ZƏLZƏLƏ oldu
29 Mar 2025 14:44

Myanmanın paytaxtı Neypidodan iki kilometr məsafədə 5,2 maqnitudalı zəlzələ baş verib.

 News365.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də baş verib.

Xatırladaq ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində Myanmada ölənlərin sayı 1002 nəfərə çatıb, 2376 nəfər yaralanıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada