Novxanıda ev, qaraj və avtomobil YANDI

Novxanıda ev, qaraj və avtomobil YANDI
09 Mar 2025 11:35

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən xəbərə görə, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada