Heyvan yemi bahadır, saxlamaq sərf etmir- Fərhad Mehdiyev yazır

Heyvan yemi bahadır, saxlamaq sərf etmir- Fərhad Mehdiyev yazır
22:40

Fizulidə Əhmədallar kəndinə getmişdim. Bir  fermerdən soruşdum ki, qatığı, pendiri varmı? Deyir ki 3 dənə cəmi inəyim qalıb. 

News365.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edib ki, fermer az hryvan saxlamağının səbəbini heyvan yemi çox baha olması və ona heyvanları saxlamaq heç sərf etmədiyi ilə əlaqələndirib. 


"Heyvanları satıb, Bakıya gəlmək istəyirəm" dedi. 

Əgər kəndin problemini biz şəhərlilər həll etməsək, şəhərdə də yaşamaq mümkün olmayacaq. Yollarda tıxaclar, artan kirayə haqları, artan ətin və süd məhsullarının qiyməti, zəhərli hava. 

Biz şəhərlilər deyəndə, Bakıda yerləşən Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi qurumları nəzərdə tuturam. 

Dotasiyalar sadəcə iri fermer təsərrüfatlarına deyil, həm də orta və xırda fermerlərə verilməlidir. Kənd insanı zəhmətkeş olur, onu kənddə tutmağın yolunu tapmağa məcburuq. 

Bir də doğma fermerimiz ondan şikayət edirdi ki, bəzi insanlar inzibati resurslardan istifadə edərək yüzlərcə torpaq uzun müddətlik icarəyə götürüb, hər il hektar başına dövlətdən yardım alır, həqiqətdə isə heç nə əkmir-becərmir, pulu cibinə qatlayır. Belə hallara da nəzarət artırılmalıdır.



Sizin reklam burada
Sizin reklam burada