Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb
21:40

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb.

News365.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyəti məlumat verib.

Daha əvvəl 1 396 nəfərin öldüyü bildirilmişdi. Gün ərzində zərərçəkmiş səkkiz rayonda aparılan axtarış-xilasetmə işləri zamanı daha üç nəfərin meyiti aşkarlanıb.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib, daşqına uçqun səbəb olub. Dağ süxurlarından ibarət güclü axın çay yatağı boyu çox böyük sürətlə 70 km-dən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına gətirib çıxarıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşmüş sayılır.


Sizin reklam burada
Sizin reklam burada