Beşqat "Qızıl top" mükafatçısı, portuqaliyalı hücumçu Kristiano Ronaldonun yer aldığı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası Asiya Çempionlar Liqasının ilk turunun səfər matçında BƏƏ-nin "Əl-Əyn" komandasına 4-0 hesabı ilə məğlub olub.
News365.az xəbər verir ki, Ronaldo bütün matçı meydanda keçirməsinə baxmayaraq, rəqibin qapısına yol tapa bilməyib.
Qeyd edək ki, növbəti turda "Əl-Əyn" səfərdə İraqın "Əl-Qüva" komandası ilə qarşılaşacaq, "Əl-Nəsr" isə Özbəkistanın "Neftçi" komandasını qəbul edəcək. Oyunlar 12 oktyabrda keçiriləcək.