İranın “Sepahan” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi şassidə yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd şəhərində təcili eniş edib.
News365.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Məşhəd-Kirmanşah reysini həyata keçirən təyyarənin pilotu uçuş zamanı fövqəladə vəziyyət elan edib. Bundan sonra təyyarə Məşhəd hava limanına geri qayıdıb.
Hadisə ilə əlaqədar Məşhəd hava limanının uçuş-enmə zolaqlarından biri müvəqqəti bağlanıb.
“Al Arabiya” telekanalının məlumatına görə isə, uçuş zamanı turbulentlik səbəbindən salondakı baqaj rəfləri zədələnib, çamadan və şəxsi əşyalar sərnişinlərin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.