Niyə ən məşhur ətirlər Fransada hazırlanır? - İLGİNC SƏBƏB
Təhlil
25 İyl 2025 09:52
Dünyadakı ən məşhur ətirlər Fransaya aiddir. Buna o səbəb oldu ki, çimmirdilər, pis qoxularını gizlətmək üçün keyfiyyətli ətirlər icad etdilər.
Yeni evlənəndə gəlinin əlində gül dəstəsi tutmNiyəaq da üfunət qoxusunu gizlətmək üçün idi.
Avropada insanlar ayaqyolu olaraq küçələrdə içini boşaldırdı. Qadınlar üçün dabanı hündür ayaqqabılar da buna görə yarandı. Çünki nəcasət arxına çevrilmiş küçələrdən yalnız bu yolla keçmək olardı. Hətta o dövrdə kişilər də xüsusi hazırlanmış hündür ayaqqabılar geyinirdilər. Hamam, tualet, kanalizasiya sistemi yox idi.
1600-cü ildə İstanbula gələn ingilis elçilər yemək yedikləri yerdə böyük bayıra çıxıb onu da pəncərədən çölə atma vərdişlərinə görə paytaxtdan çıxarılaraq Tarabyadakı malikanəyə göndərilmişdi.
19-cu əsrdə bir qayda olaraq tualetdən istifadə edəcəkləri sözünü verdikdən sonra Taksimə yerləşmələrinə izn verildi.
Şərqdə isə hamam ənənəsi vardı. Xüsusən müsəlman Şərqində növbənöv hamamlar, hamam günləri vardı. Hər şeydən öncə fiziki təmizlik, gigiyena öndə gəlirdi.
Lakin indi isə tam tərsinədir. Avropada təmizlik, səliqə; Şərqdə, xüsusən müsəlman aləmində isə natəmizlik, çirkab, üfunət hökm sürür.
Hətta Məkkə ziyarətinə getmiş adamlar oraları elə bir zibilliyə çevirir ki, adam dəhşətə gəlir.