Belarus prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Ina Koreya Xalq Demokratik Respublikasının Milli Günü münasibətilə göndərdiyi təbrik məktubunda Pxenyana səfər etməyə hazır olduğunu bildirib.
News365.az xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb. Lukaşenko qeyd edib ki, səfər hər iki tərəf üçün əlverişli vaxtda reallaşa bilər və bu, dövlətlərarası münasibətləri yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır.
Prezident həmçinin Minsk və Pxenyan arasında münasibətlərin tarixini dostluq, bərabərhüquqlu dialoq və mədəni oxşarlıqlara əsaslanan sülh nümunəsi kimi qiymətləndirib. Lukaşenko ümid edir ki, iki ölkə arasında əməkdaşlıq və beynəlxalq arenada birgə fəaliyyət xalqlar arasında etimad və anlaşmanı artıracaq.
News365.az