İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Məhəmməd Peyğəmbər və İmam Cəfər əs-Sadiqin doğum günü münasibətilə 3 458 məhkumu əfv edib və onların cəzalarının yüngülləşdirilməsinə razılıq verib.
News365.az xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.
Bildirilir ki, məhkumların siyahısı xüsusi məhkəmə komitəsi tərəfindən yoxlanılıb və sonra Məhkəmə hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsüni-Ejei tərəfindən ali rəhbərin təsdiqinə təqdim edilib.
News365.az