Rus doğulur, yoxsa rus olunur?

Rus doğulur, yoxsa rus olunur?
09:51
200 illik bir dönəm içində bir yerdə yaşadığımız bu kimliyin əsası nədir?
"Rus və Rusiya" tarixi haqqında fərqli nəzəri mövqelər mövcuddur. Bu mövqelərin çox hissəsi ilə tanışam, bu nəzəri məsələlər dərdim deyildir. Bizim 200 il ərzində "onlar" olaraq tanıdığımız kimliyi yazmaqdır, dərdim.
Suala qayıdıram, rus doğulur, rus olunur?
Doğulmaq fiziki və biologi bir təzahürdür, kimin harda və necə doğulması məsələ deyildir,
Məsələ bir kimlik necə inşa olunura cavab axtarmaqdır.
Rus coğrafi olaraq harda doğulmasında aslı olmadan ola bilir,
Onu rus edən şey nədir?
Bir kimliyi üzə çıxaran şey bütün parçalardan öncə dildir, bütün kimliklər doğularkən bir dilin içinə doğulurlar. Rusca rusun canıdır və rus olmanın əsasıdır.
Qan, biologi təzahür, fiziki amillər əsaslardan deyil, vasitəçi elementlərdirlər.
Bir kimliyin içinə doğulduğu dil onun həyat təzahürünün təsəvvür lüğətidir. "Rus olma" üçün Rusca nə edir?
Rusca Ad qoya bilmədiyi üçün Sifətlərin üzərindən dünya qurur, Ad qoymaq və Ad vermək dilin əsasıdır, Dil Adla təzahür edər və özünü zühür etdirər. Ad qoya bilməyən dil isə sifətlərə möhtac qalar və hərəkətlərini sifətlərlə idarə edər. Ad, sifət və feilin biri biri ilə münasibəti olan Dil hansı quruluşa tabe edilərsə, o dili danışan, söyləyən və yazan o qanunların icraçısına dönər.
Ruscanın Ad qoya bilməməsi o dili təmsil edənlərin Surətpərəst olmasına və Surətlərin hərəkət üçün əsas alınmasına səbəb olur.
Rusca rusun güc qaynağı kimi Sovetlərdən sonra güc itirməyə başladı,
Digital dünyanın qurulmasında iştirak edə bilmədi.
Rusca ilə böyüyənlərin aid olduğu məkanlar azalmağa başladı,
Texnologi dövlətləşmədə rusca söz sahibliyini itirdi.
Rus olmaq və rusca səhnədə son günlərini ağrıları ilə yaşayır,
Hələ, 2028 ə qədər səhnədədir.
Səhnəyə rusca ilə gəldi və ruscası ilə sifətini göstərdi,
Adını qoya bilmədiyi üçün isə səhnədə artıq yeri yoxdur.
İdris Heydərli, publisist

Sizin reklam burada
Sizin reklam burada