Zəngəzur dəhlizi layihəsinin 2026-cı ilə qədər tam istifadəyə verilməsi gözlənilir.
News365.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov açıqlama verib.
O bildirib ki, dəhlizin açılması Azərbaycan və Ermənistan arasında aparılan danışıqların müsbət nəticəsi ilə mümkün olub. Hazırda layihə ilə bağlı maliyyə, infrastruktur və digər texniki məsələlər Ermənistan və ABŞ tərəfi ilə müzakirə olunur.
Məmmədov qeyd edib ki, layihə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır, çünki bu, ölkənin əsas hissələri arasında birbaşa kommunikasiya imkanlarını təmin edəcək və regionda sülhün möhkəmlənməsinə töhfə verəcək.
Eyni zamanda, Zəngəzur dəhlizi iqtisadi baxımdan böyük perspektivlər açır və qonşu ölkələrlə əməkdaşlığı gücləndirə bilər.
News365.az