Rusiya Ermənistanda Paşinyanın mövqeyini zəiflətməyə çalışır – İqbal Ağazadə

Rusiya Ermənistanda Paşinyanın mövqeyini zəiflətməyə çalışır – İqbal Ağazadə
15:22

Ermənistan daxilində sülhə inanmayan vətəndaşların artması Rusiyanın strateji maraqlarına xidmət edir.

News365.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Onun sözlərinə görə, son sorğulara görə, ermənilərin 55%-i sülhə inanmır və Moskva revanşistləri gücləndirəcək mesajlarla Paşinyanın mövqeyini zəiflətmək istəyir.

Ağazadə əlavə edib ki, Rusiya Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün hakimiyyətin Rusiyaya yaxın qüvvələr tərəfindən qurulmasına çalışır. Bu baxımdan, dekabrda və ya gələn ilin iyun ayında növbədənkənar seçkilərin keçirilməsi mümkündür və Rusiya faktoru bu prosesdə həlledici rol oynayır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada