Yüreğir Bələdiyyə Başçısının ofisinə silahlı hücum olub.
Adananın Çukurova rayonunda Yüreğir Bələdiyyə Başçısı Ali Demirçalıya məxsus inşaat şirkətinin ofisinə silahlı hücum edilib.
News365.az xəbər verir ki, hadisə Dr. Sadıq Ahmet Bulvarında saat 13:00 radələrində baş verib. Naməlum şəxslər ofisə daxil olaraq Demirçalının otağına tapançadan atəş açıblar. Daha sonra onlar ərazidən qaçaraq izlərini itiriblər.
Hücum zamanı ofisdə olan əməkdaşlar böyük təşviş yaşayıblar, lakin xəsarət alan olmayıb. Polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayıb, kriminalistlər ofisdə sübutların toplanması ilə məşğul olublar.
Baş verənlərlə bağlı açıqlama yayan Ali Demirçalı bildirib ki, heç bir təhdid onları yolundan döndərə bilməz. O, hadisənin tez bir zamanda tam aydınlaşdırılacağına inandığını vurğulayıb.
News365.az