Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara BAŞLADI

Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara BAŞLADI
16:14

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb.

News365.az xəbər verir ki, maliyyə yoxlamaları hazırda davam etdirilir.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.

O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.


Sizin reklam burada
Sizin reklam burada