Rusiya Ukraynanın Donetsk vilayətinin Yarova qəsəbəsinə hava zərbəsi endirib.
News365.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında paylaşıb.
Hücum nəticəsində 21 nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb.
Məlumata görə, Rusiya ordusu pensiya almaq üçün növbə gözləyən mülki vətəndaşları hədəf alıblar.
Zelenski paylaşımında Rusiyanın hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti bu hücumlara cavab verməyə çağırıb.