Müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verildiyi ilə bağlı məlumatlar yayılıb.
Qeyd olunub ki, o, Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub.
News365.az-ın məlumatına görə, sağlamlıq mərkəzində belə bir vəzifə yoxdur.
Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.